TOP 10

Canni de Byazi Azərbaycan millisindən gözləntilərini açıqladı: "Aqollinin köməkçim olması mənim üçün çox vacibdi"

Futbol
Tarix: 2020-07-15 13:12

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Albaniyanın Albaniyanın "Panoramasport" nəşrinin suallarını cavablandırıb. Sport24.az  həmin müsahibəni təqdim edir.

 

- Azərbaycan millisini seçməyinizin səbəbi nədi?

- Albaniyadakından fərqli və mürrəkəb şəraitdə daha bir cəhd üçün Azərbaycanı seçdim. Hesab edirəm ki, ən azından Millətlər Liqası vasitəsilə belə bir imkanımız olacaq. Qrup mərhələsi asan keçməyəcək.

 

- Hansı fərqləri nəzərdə tutursunuz?

- Bunu ona görə dedim ki, komandanı hazırlaşdırmaq üçün vaxtım çox azdır. Avqustun ilk günlərində Azərbaycana gedəcəyəm, sentyabrın 5-də isə oyunlar başlayacaq. Fikrimcə, milliyə çağırılacaq futbolçularla danışmalı, onları tanımalı, nəyə qadir olduqlarını bilməliyəm.

 

- Albaniya yığması ilə qazandığınız uğuru təkrarlaya bilərsiniz?

- Əlbəttə, istərdim. Amma hər vəziyyət fərqlənir. Ən əsası, Albaniya millisində işləmək üçün daha çox vaxtım olmuşdu.

 

- Ansi Aqolli məşqçilər korpusunuzda yer alacaq?

- Ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm. Aqollinin "Nyu-York Kosmos"la ilin sonunadək müqaviləsi var. Görək, alınacaqmı? Bunun reallaşması mənim üçün çox vacibdir. Çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollinin peşəkarlığı xoşuma gəlir.

 

- Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiniz?

- Hər bir anı yaşayacağam və ən etibarlı futbolçulardan hansının müsbət nəticə qazandığını qısa müddətdə tapmağa çalışacam.

 

- Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altında qoya bilərmi?

- Hər kəsin maksimumu tələb etməsi mənim üçün normal görünmür. Düşünürəm ki, indi ilk növbədə Millətlər Liqasında qrupdan çıxmalıyıq.

 

- Azərbaycan millisindən gözləntiləriniz nədir?

- Daha çox taktiki diqqət, həmçinin oyun zamanı topla daha sürətli hərəkət tələb olunur.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB