TOP 10

ABŞ klubunun baş məşqçisi Dadaşovu təriflədi: "O, bir az da sürətli olsaydı, Almaniyanın ən səviyyəli futbolçularından birinə çevrilərdi"

Futbol
Tarix: 2020-07-15 11:00

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Nəticədə rəqib müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdı". Sport24.az xəbər verir ki, bu fikiləri ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants ABŞ Futbol Liqasının (USL) II turunda "Los Anceles Qelaksi-2" komandasını 4:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.

 

Mütəxəssis Azərbaycan millisinin üzvü olan hücumçusu Rüfət Dadaşovu tərifləyərək, heyətlərinə cəlb etməklə axtardıqları hücunçunu tapdıqlarını söyləyib: "Dadaşovun sayəsində cinah oyunçularının daha aktiv olur. Rüfətin topla rəftarı və hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə məcbur edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən səviyyəli futbolçularından birinə çevrilərdi. Oyunu oxumaq bacarığı çox yaxşıdır".

 

Qeyd edək ki, USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət 3 qolla bombardirlər yarışına başçılıq edən futbolçular sırasındadı. 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB