TOP 10

Legionerlərdən Azərbaycana dəstək mesajı - FOTOLAR

Futbol
Tarix: 2020-07-15 11:15

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid verən Azərbaycan Ordusuna dəstək davam edir. Sport24.az xəbər verir ki, vaxtilə ölkəmizdə çıxış etmiş  əcnəbi futbolçular baş verən hadisələrə biganə qalmayıb.

 

Belə ki, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem sosial şəbəkə vasitəsilə dəstək paylaşımı edib. Makedoniyalı "Facebook" səhifəsindən "Başın sağ olsun, Azərbaycan" yazıb və üzərində "Qarabağ Azərbaycanındır" yazılan Azərbaycan xəritəsini paylaşıb.

 

Qarabağ"ın digər sabiq legionerləri - braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, eləcə də "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıblar.



Onlar sosial şəbəkə səhifələrində Azərbaycanın bayrağı və xəritəsi olan şəkillər paylaşaraq ordumuza dəstək nümayiş etdiriblər.

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB