TOP 10

Karlos Karvalhal soyğuna məruz qaldı

Dünya Futbolu
Tarix: 2020-07-15 13:00

Portuqaliyanın “Rio Ave” klubunun baş məşqçisi Karlos Karvalhal soyğuna məruz qalıb. Sport24.az xəbər verir ki, bu barədə 54 yaşlı mütəxəssis sosial şəbəkə hesabında məlumat paylaşıb.
 

O, Braqadakı evinə qayıdarkən 3 nəfər qarşısını kəsib. Bu zaman Karvalhalın oğlu Xose Karlos da atasına köməyə gəlib. Nəticədə təcrübəli məşqçi kiçik xəsarətlərlə soyğunçuların əlindən xilas ola bilib. Karvalhal hazırda özünü yaxşı hiss etdiyini söyləyib. Braqa polisi hadisə ilə bağlı araşdırma aparır.


Qeyd edək ki, 2019-cu ildən “Rio Ave”ni çalışdıran Karlos Karvalhal karyerası ərzində “Suonsi Siti”, “Şeffild Uensdey”, “Başakşəhər”, “Beşiktaş”, “Sportinq” (Lissabon), “Maritimo”, “Asteras”, “Vitoriya”, “Braqa” kimi klublarda da fəaliyyət göstərib.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB