TOP 10

Nəbiyevli “Viktoriya” mövsümü qələbə ilə başa vurdu

Dünya Futbolu
Tarix: 2020-07-15 09:00

Futbol üzrə Çexiya 2-ci divizionunda 2019/20 mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da bu mövsümün son matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Pardubiçe” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Fərid də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə iki qol vuran Nəbiyev son oyunda fərqlənə bilməyib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.


“Viktoriya” mövsümü 49 xalla 16 kollektiv arasında 5-ci pillədə başa vurub.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB