TOP 10

Fransız hücumçu “Mançester Yunayted”in tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2020-07-14 20:30

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 35-ci turunda “Sauthempton”la qollu bərabərə qalıb – 2:2. Sport24.az xəbər verir ki, sözügedən qarşılaşmada qol vuran Antoni Marsyal “qırmızı şeytanlar”ın tarixinə düşüb.
 

Bu barədə “Squawka” portalı məlumat yayıb. Marsyal MY ilə Premyer Liqadakı qollarının sayını 50-yə çatdırıb.


Fransız hücumçu bununla da, “Mançester Yunayted” tarixində Premyer Liqada 50 və daha çox qol vuran 10-cu futbolçu olub. 24 yaşlı futbolçu bu göstəriciyə 142 oyunda nail olub.


MY tarixinin bombardiri isə 183 qolla Ueyn Runidir.


“Mançester Yunayted”in İngiltərə Premyer Liqasında ən çox vuran futbolçuları:


1. Ueyn Runi – 183 qol
2. Rayan Giqqz – 109
3. Pol Skoulz – 107
4. Ruud van Nistelroy – 95
5. Endi Koul – 93
6. Ole-Qunnar Sulşer – 91
7. Kriştiano Ronaldo – 84
7. Erik Kantona – 64
8. Devid Bekhem – 62
9. Antoni Marsyal – 50

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB