TOP 10

"Keşlə"nin legionerinin Azərbaycan rekordu - öz ölkəsinin də diqqətini çəkdi

Futbol
Tarix: 2020-07-15 10:18

"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşko Premyer Liqamızda yarımçıq başa çatdırılan son mövsümdə rekordçu olub. Sport24.az xəbər verir ki, bu, Moldova mətbuatının da diqqətini çəkib.

 

Belə ki, bu ölkənin tanınmış moldfootball.com saytı 34 yaşlı Namaşkonun çempionatda 7 oyunluq "quru seriya"yla 1-ci olması haqda yazıb. Bu, çempionatımızda keçən mövsümün son iştirakçıları olan əcnəbi qapıçılar arasında ən yaxşı göstəricidir. İkinci yerdə 6 matçla Bosniya və Herseqovinadan olan sabiq "Qarabağ"lı Asmir Begovicdi. Üçüncü pilləni isə 3 "quru oyun"la iki qapıçı bölüşür - "Sabah"dan serbiyalı Saşa Stamenkovişlə "Səbail"dən ukraynalı Aleksandr Rıbka.

 

Xatırladaq ki, Stanislav başa çatan müqaviləsini 1 illiyə uzatdığı "Keşlə"də ötən ilin iyulundan oynayır. O, koronavirus epidemiyasına görə vaxtından əvvəl başa çatan bu mövsüm komandası ilə birlikdə Azərbaycan çempionatında bürünc medalçı olub və Avropa Liqasında çıxış edəcək. 

 

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB