TOP 10

Abbasov döyüşkən heyət quracağına ümid edir: "Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı"

Futbol
Tarix: 2020-07-14 16:48

2020/21 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, klub 38 yaşlı mütəxəssisin növbəti mövsümdə də "sükanı arxası"nda olacağını açıqlayıb.

 

“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq” – deyə Ayxan Abbasov klubun rəsmi saytına açıqlama verib.

 

Qeyd edək ki, “Sumqayıt" 2018-ci ilin noyabr ayından etibarən baş məşqçisi  təyin olunan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB