TOP 10

Ronaldonun oğluna görə istintaq başladı

Dünya Futbolu
Tarix: 2020-07-14 14:30

Portuqaliya polisi “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun oğlu Juinor Ronaldoyla bağlı istintaq başladıb. Sport24.az xəbər verir ki, buna səbəb Juniorun qanunsuz olaraq reaktik xizək sürməsi olub. Bu barədə “The Sun” nəşri məlumat yayıb.


Juniorun reaktiv xizək sürməsini bibisi telefonla çəkib və daha sonra “instagram”da paylaşıb. Juniorun bibisiylə yanaşı, anası və atası Ronaldo da həmin görüntüləri “intstagram”a yerləşdirib, lakin daha sonra silib.


Portuqaliya qanunlarına görə, reaktik xizək sürmək üçün xüsusi sertifikat olmalıdır. Qanun pozuntusunun cəriməsi 268 ilə 2,6 min funt-sterlinq arasındadır. Bu məbləğ hüquqi şəxslər üçün isə 10,7 min funt-sterlinqə qədərdir.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB