TOP 10

AFFA almaniyalı mütəxəssislə müqaviləni uzatmadı - RƏSMİ

Futbol
Tarix: 2020-07-14 12:40

AFFA almaniyalı mütəxəssis Bernhard Lippertlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, assosiasiyanın texniki direktoru olan sözügedən funksionerlə müqavilə 2020-ci il iyunun 30-da başa çatıb.

 

Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb. Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub. AFFA rəhbərliyi Lippertə gələcək karyerasında uğurlar arzulayır.

 

Xatırladaq ki, 58 yaşlı Lippert 2008-cu ilin fevralından Azərbaycanda çalışaraq, aşağı yaş qruplarından yığmalarımızın baş məşqçisi də olub. O. futbolumuzda ən uzun müddət çalışan mütəxəssis kimi rekordçudu. 
 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB