TOP 10

"Zirə"nin onunla yollarını ayırması Tellur Mütəllimova gözlənilməz olmayıb: "Qəbələ"nin yeri həmişə başqadı, yenidən orda oynamaq istərdim"

Futbol
Tarix: 2020-07-14 13:17

"Futbol həyatında bu, olan şeydi ki, klub oyunçuyla başa çatan müqaviləsini uzatmayaraq yollarını ayırır. Anlaşmanın müddəti bitəndən sonra bir söz deyilmirsə, gedişat gözlənilən idi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Zirə"nin yollarını ayırdığı futbolçusu Tellur Mütəllimov söyləyib. 

 

25 yaşlı müdafiəçi 2018-ci ilin əvvəlindən şərəfini qoruduğu klubun onunla ayırmasında maddi amillərin rolunu istisna etmir: "Elə bir şey deyək...Konkret heç nə deyə bilmərəm ki, bu, maddi cəhətdən oldu, yoxsa başqa şeydən. Bunu demək istəmirəm. Bəlkə maddiyyatın da təsiri oldu. Bir sözlə, konkret təklif olmadı. Demədilər ki, gəl yeni müqavilə bağlayaq. Belə bir söhbət edilmədi".

 

Tellur klub rəhbərliyilə halallaşdığını, arada heç bir narazılığın olmadığını diqqətimizə çatdırıb: "Hazırda rayondayam - Xaçmazda. İnşallah, Bakıya gələrək transfer vərəqimi alanda rəhbərliklə görüşəcəm. Ama bunadək söhbətimiz olub, hallaşdıq, heç bir problem yoxdu. "Zirə"nin rəhbərliyindən inciməli bir şeyim də yoxdu. İnşallah, onlar da məndən inciməyiblər. Normal şəkildə ayrıldıq".

 

Mütəllimov "Zirə"də iki müxtəlif vaxtda oynayıb. Belə ki, futbolçu zirəlilərə Premyer Liqada gümüş medal qazandığı debüt mövsümündə icarəyə veriləndə uğurlu çıxışla, gümüş medalçı olmaqla yadda qalıbsa, sonradan birbaşa transfer ediləndə əsas heyətdə möhkəmlənə bilməyib. Mütəllimov buna belə izah verib: "Zirə"ni birinci gəlişimin başqa yeri vardı. Onda 2-ci yeru tutduq. Həmin mövsümün mənim üçün müsbət cəhəti çox idi, nəinki son ilin. Bilmirəm niyə belə oldu...Əsas geriləməyim son mövsümdə idi, gətirmədi, alınmadı. Az oynadım, şans az oldu".

 

Məlumdu ki, Tellur "Qəbələ"nin yetirməsidi, onun əsas komandasında da oynayıb. O, "Zirə"yə də burdan keçmişdi. Maraqlıdı, əks maşrtut gözlənilirmi? Mütəllimovu dinləyək: "Hesab edirəm ki, yeni klub tapmağımda çətin bir şey yoxdu. Şükür Allaha, təkliflər var. Sadəcə, dəyərləndirmək, bunun üçünsə bir az vaxt lazımdı. İnşallah, bu yaxınlarda nəsə olacaq. Sadəcə, hazırda dəqiq bir şey olmadığından, ad çəkmək istəmirəm. Hələ ki danışıqlar gedir və bir şey olarsa, bu yaxında bilinəcək. Konkret "Qəbələ"yə gəlincə, ora dönməklə bağlı elə bir təklif olmayıb. Yəni, variantlarım arasında keçmiş komandam yoxdu. Bildiyimə görə, yeni mövsümə büdcələri bilinmir və buna görə də hələ bir xəbər yoxdu. Əlbəttə, "Qəbələ" mənim üçün doğma klubdu. Demək olar uşaqlıqdan orda oynamışam. "Qəbələ"nin yeri həmişə başqadı. Nə vaxtsa nəsib olsa, Allahın izniylə ora dönəcəyik. Yenidən bu komandada oynamaq istərdim".

 

Xatırladaq ki, Tellur 2015-17-ci illərdə futbolçusu olduğu "Qəbələ"nin heyətində (24 oyun, 5 qol) Premyer Liqamızın gümüş medalçısı olub. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB