TOP 10

Atası şəhid olan millimizin futbolçusu döyüşlərdə iştirak etmək istəyir: "Artıq bəsdi, yetər - hər birimiz dönməyə yox, ölməyə gedək!"

Futbol
Tarix: 2020-07-14 11:14

"Döyüşlərdə iştirak istəyimlə bağlı evdə mütəmadi söhbət edirəm. Bu fikri hər dəfə övladlarıma deyirəm. Döyüşlərin başlanmasını çox səmimi qəldbən, canı-könüldən istəyirəm. Artıq bəsdi, yetər! Çox uzun zaman oldu. İnşallah, döyüşlər başlasın və hər birimiz də dönməyə yox, ölməyə gedək!". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov bildirib. 

 

Əslən Cəbrayıl rayonundan olan 32 yaşlı oyunçu şəhid övladıdı. Belə ki, atası Şakir Hüseyn oğlu Abbasov könüllü mübariəyə gedərək 1993-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Baş leytenant ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Ata şəhid olduğu zaman 3 uşağı qalıb - Cavid 4, qardaşı Şərafəddin 6, bacısı Nigar 1 yaşında imiş. 

 

Təcrübəli yarımmüdafiəçi özünün də 3 övladının olduğunu, buna baxmayaraq, döyüşə getmək istədiyini söyləyib: "Tovuz rayonunda cəbhə xəttində hadisədən sonra çox həyəcanlandım. Mən də, Elvin Məmmədov də o gün gecə saatlarında Lökbatanda idik. Həqiqətən ürəyimiz döyünür. Bu, o demək deyil ki, biz gedən kimi dərhal döyüş bölgəsinə buraxarlar. Sadəcə, özümə yer tapa bilmirdim. Ermənilər tərəfindən atəşkəsin pozulması və münaqişənin alovlanmasından sonra evdə otura bilmədim, şəhərə çıxdım. Mən də Qaradağ, Lökbatan tərəfə üz tutdum. Ürəyim Tovuzda qalmışdı, dayanmadan döyünürdü. Bu gün, bəlkə də, gedib orada heç nə edə bilmərəm, heç icazə də verməzlər. Sadəcə istədim ki, xalqımızla, dövlətimizlə bir olum. Əsgərlərimizin, dövlətimizin yanında olduğumuzu göstərdim".

 

Hüseynov bu gün birlik günü olduğunu hesab edir: "İnşallah, birləşib torpaqları azad eləmək lazımdı. Əsgərlərimiz düşmənin layiqli cavabını verir. Sadəcə, birlikdə vətən üçün ölməyə hazır olmalıyıq. Səfərbərlik elan olunarsa, bir xalq kimi döyüşə atılmağa hazırıq. Şəxsən mən Vətən üçün ölümə getməyə hazıram".

 

Qeyd edək ki, Cavid peşəkar karyerasına 2004-cü ildə Tovuzda başlayaraq 1 mövsüm "Turan"da çıxış edib. Onun yaxşı dostu, uzun illər birgə oynadığı Elvin Məmmədov isə əslən Tovuzdandı, "Turan"ın yetirməsidi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB