TOP 10

Millimizin sabiq futbolçusu II liqa klubuna qayıtdı

Futbol
Tarix: 2020-07-14 10:17

Azərbaycan millisinin sabiq futbolçusu Dəniz Yılmazın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu sabiq komandası "Elazığspor"la razılıq əldə edib.

 

Klubun prezidenti Selçuk Öztürk Yılmazla anlaşdıqlarını söyləyib. Futbolçu özü də II liqa təmsilçisinə qayıtmağa razılıq verib. 

 

Qeyd edək ki, Yılmaz 2016-cı ildə Azərbaycan millisinin heyətində 2 oyun keçirib. O, 2013/14 mövsümündə "Elazığspor"un formasını geyinib. Hücumçu son olaraq 2018/19 mövsümündə Türkiyənin "Gənclərbirliyi" klubunda çıxış edib. 

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB