TOP 10

İsrafilovsuz “Albasete” xalsız qaldı

Dünya Futbolu
Tarix: 2020-07-14 10:30

Futbol üzrə İspaniya 2-ci liqasında 40-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Elçe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.


İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Albasete” hazırda 46 xalla 22 iştirakçı arasında 20-ci pillədə qərarlaşıb.

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB