TOP 10

Albaniya prezidenti millimizin yeni baş məşqçisini təbrik etdi və uğurlar arzuladı: "Onun sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq"

Futbol
Tarix: 2020-07-13 20:08

Albaniya prezidenti İlir Meta Canni de Byazini Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, şəxsi "Facebook" hesabında italiyalı mütəxəssislə fotosunu paylaşan ölkə başçısı ona uğurlar arzulayıb: "Canni de Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnumam. Bizim üçün dəyərli olan de Byazini heç vaxt unutmarıq".

 

Qeyd edək ki, 2011-17-ci illərdə Albaniya yığmasına başçılıq etmiş de Byazi bu komandanı tarixində ilk dəfə 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. AFFA 64 yaşlı italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayacaq.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB