TOP 10

Cavid Hüseynov "Zirə"dən incik getməyib: "Sadəcə, belə lazım idi, hər iki tərəf maraqlı deyildi ki..."

Futbol
Tarix: 2020-07-13 16:00

"Zirə"nın yollarını ayırdığı kapitanı Cavid Hüseynov gedişi haqda danışıb. Millimizin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında dünən axşamüstü klub rəhbərliyi ilə görüşdüyünü bildirib: "Müqavilənin pozulmasıyla bağlı qərar sırf qarşılıqlı razılaşma əsasında oldu. Heç bir tərəfdən narazılıq, inciklik yoxdu. Sadəcə, belə lazım idi, belə də oldu. Klubla normal şəkildə də ayrılmışıq". 

 

Cavidin klubda ən yüksək ödənişli futbolçu olması deyilirdi. Məlumdu ki, koronavirus pandemiyasına görə klublarımız maddi cəhətdən ziyana düşüb və bir neçəsinin yeni mövsümdə büdcəsinin azalacağı gözlənilir. Bəlkə məhz amilə görə Hüseynovla qalan 1 illik müqavilənin pozulmasına qərar verilib?: Hüseynovu dinləyək: "Sözün düzü, klub rəhbərliyi ilə söhbətimdə nə gələn ilki müqavilənin maliyyə tərəfinə girdik, nə də bu haqda söhbət oldu. Klubların vəziyyətini başa düşürəm. "Zirə"nin vəziyyəti bir az ağırdı. İki tərəfdə də hiss olundu ki, əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. Mən də dedim ki, müqaviləni pozmağa hazıram və qarşılıqlı anlaşmayla buna qərar verildi. Bax, belə yaxşı şəkildə ayrılmışıq. "Zirə"nin rəhbəri Orxan Məmmədova təşəkkürümü bildirmişəm və demişəm ki, bunu ona çatdırsınlar. Beləcə klubdan rahat şəkildə çıxmışam". 

 

Hüseynov gələcək karyerasına da toxunub: "İnşallah, növbəti mərhələ bundan sonra başlayar. Xəbərlər indi çıxıb. Yəqin ki, klublardan maraqlanan olsa, öz təkliflərini irəli sürəcəklər, danışıqlar olacaq. Əlbəttə, düşünürəm ki, mənə hələ tələbat var. İnşallah, yaxşı olacaq"

 

Xatırladaq ki, Cavid "Zirə"yə keçən yay "Qəbələ"dən gəlmişdi. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB