TOP 10

"Mançester Siti"nin avrokuboklar cəzası ləğv edildi

Dünya Futbolu
Tarix: 2020-07-13 14:14

UEFA-nın "Mançester Siti"yə qoyduğu iki illik avrokuboklarda iştirak qadağası aradan qaldırılıb. Sport24.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinin (CAS) iki il müddətinə avrokuboklardan uzaqlaşdırılan bu klubla bağlı yekun qərarı açıqlanıb.

 

Belə ki, qurum bu gün keçirilən iclasında "şəhərlilər"in şikayətinə baxaraq onu müsbət cavablandırıb. Bundan başqa, kluba verilən 30 milyon avroluq cərimə də azaldılaraq, 10 milyon avroya endirilib. MS növbəti 30 gün müddətində bu məbləği ödəməlidir. Maliyyə feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırılan “Mançester Siti” 30 milyon avro məbləğində cərimələnmişdi.

 

Beləliklə, "şəhərlilər" növbəti mövsüm qitəmiqyaslı yarışlarda çıxış edə biləcək.

 

 


 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB