TOP 10

Milli komandamızın Millətlər Liqasında ev oyunlarının stadionu müəyyənləşdi

Futbol
Tarix: 2020-07-13 13:49

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib. Sport24.az AFFA-nın rəsmi saytına istinadək xəbər verir ki, millimizin hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

 

Yığmamız Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.

 

Xatırladaq ki, millimiz son dəfə BOS-da 2018-ci ildəki Millətlər Liqasında çıxış edib. 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB