TOP 10

“Sürix”in prezidentində də koronavirus aşkarlandı

Dünya Futbolu
Tarix: 2020-07-13 14:30

İsveçrənin “Sürix” klubunun prezidenti Ançillo Kanepada koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Məlumatda Kanepanın hazırda özünü yaxşı hiss etdiyi, onda xəstəliyin heç bir əlamətinin olmadığı diqqətə çatdırılıb.


Kanepa "Ksamaks"la 1:1 bərabərə qaldıqları çempionat matçı üçün komanda ilə birlikdə avtobusla Nevşatelə getdiyini söyləyib. O, bu səbəbdən test verdiyini və nəticənin müsbət olduğunu vurğulayıb. 


Qeyd edək ki, daha öncə "Sürix"in futbolçusu Mirlind Krieziuda koronavirus aşkarlanıb. Bu üzdən də klubun bütün kollektivi hazırda karantinə alınıb, komandanın oyunları təxirə salınıb.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB