TOP 10

"Sabah"ın yeni transferi Qomesin təyinatından, milli üzvüylə onu gözləyən rəqabətdən danışdı: "İspan məşqçilər taktikada üstün olurlar, texnikalı futbola üstünlük verirlər"

Futbol
Tarix: 2020-07-14 10:00

"Sabah"da baş məşqçi dəyişikliyi bu komandaya keçidlə bağlı planlarımı pozmadı. Mənim üçün fərqi yoxdu bu məsələnin. Onsuz da özünü yaxşı tərəfdən göstərməlisən. Hər halda, belə olur. Asan iş yoxdu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın yeni transferi Slavik Alxasov söyləyib.

 

Son 4-5 ili "Keşlə"də keçirərək onun kapitanı olan, Avropa Liqasında çıxış etmək hüququ qazanan 26 yaşlı sol cinah müdafiəçisi mövsümlərarası fasilədə klubunu dəyişməyə qərar verdi. Bu, avrokuboklardan kənarda qalan "Sabah" oldu. Alxasovun transferi baş tutarkən bu komandanın baş məşqçisi xorvatiyalı Jelko Sopiç idisə, onunla müqaviləni pozan klub rəhbərliyi bu posta ispaniyalı Visente Qomesi gətirdi. Slavik yeni məşqçi haqda fikirlərini bölüşüb: "Moskva "Spartak"ı, Kiyev "Dinamo"su kimi klublarda işləyib. Eşitdiyimə görə, yaxşı məşqçidi. İnşallah, komandaya yaxşı təyinat olar. İlk dəfə ispan mütəxəssislə çalışacam. Düzdür, sabiq klubum "Xəzər Lənkəran"da bu ölkədən baş məşqçi (Karles Bakes-müəllif.) olub. Ancaq mən ondan sonra, türkiyəli Mustafa Dənizlinin vaxtında Lənkəran klubunda çıxış etmişəm. İspan məşqçilər məncə, taktiki cəhətdən üstün olurlar. Fikrimcə, bu ölkədən məşqçilər ən çox texnikalı futbola üstünlük verirlər".

 

Belə futbolu özünə yaxın sayan Alxasovu mövqeyində millimizin üzvü olan Təmkin Xəlilzadəylə güclü rəqabət gözləyir. Maraqlıdı, həmsöhbətimiz buna hazırdımı, rəqibindən hansı planda özünü üstün sayır? Slaviki dinləyək: "Təmkin çox yaxşı oyunçudu. Həm də milli komandanın üzvüdü. Onun üstün keyfiyyətləri çoxdu. Amma indidən heç nə demək olmur. Bəlkə elə ikimiz də oynadıq (gülür). Hər şey baş məşqçidən asılıdı. Rəqabətin olması yaxşıdı. Belə olan halda oyunçu artırır". 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
04 Avqust 2020
03 Avqust 2020
B.eÇ.aÇC.aCŞB