TOP 10

Dadaşovun komandasından darmadağın

Futbol
Tarix: 2020-07-13 13:30

Azərbaycan millisinin futbolçudu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) II turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Dadaşovun oynadığı “Foneks Rayzinq” evdə  “La Qalaksi II” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Rüfət oyuna start heyətdə başlayaraq 70-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda “Foneks Rayzinq” 2 oyuna 6 xalla 2-ci pillədədi.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB