TOP 10

PSJ-dən 9 cavabsız qol

Dünya Futbolu
Tarix: 2020-07-13 15:17

Fransa çempionu PSJ yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, Paris təmsilçisi Liqa 2 təmsilçisi “Havr”la qarşılaşıb.


UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün qalan oyunlarına, eləcə də Liqa 1-də yeni mövsümə hazırlaşan parislilər bu oyunda darmadağına seviniblər – 9:0. Mauro İkardi, Neymar, Pablo Sarabia dubla imza atıblarsa, Kilian Mbappe, İdrissa Queye və Arnaud Muinqa hərəyə bir dəfə fərqlənib. 


Qeyd edək ki, Fransada 2019/20 mövsümü koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılmış və PSJ çempion elan edilmişdi. ÇL-də mübarizəni davam etdirən Paris təmsilçisi 1/4 finalda İtaliyanın “Atalanta” klubu ilə mübarizə aparacaq.
 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB