TOP 10

Böyük itki verən düşmən geri otuzduruldu - 3 şəhidimiz var. Bu Vətən bizimdi!

Digər
Tarix: 2020-07-12 23:55

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Sport24.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, böyük itki verərək geri otuzdurulub.

 

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Düşmən hücumunun qarşısını alarkən döyüşdə canlarından keçənlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

 

Sport24.az kollektivi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

 

 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB