TOP 10

Türkiyə Super Liqasında yeni komanda

Dünya Futbolu
Tarix: 2020-07-13 09:30

Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümün sonuna bir tur qalmış qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, 33-cü turda “Hatayspor” çempionluğunu rəsmiləşdirib.


Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə buna nail olub. Xal ehtiyatını 63-ə çatdıran “Hatayspor”un ən yaxın izləyicisi “Ərzurum BB” 59 xalla ikincidi.


Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Super Liqaya vəsiqə qazanır. 62-ci mövsümünü yaşayan Türkiyə çempionatında indiyə qədər 72 fərqli komanda mübarizə aparıb. “Hatayspor” isə Super Liqa tarixinə 73-cü iştirakçı kimi düşəcək.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB