TOP 10

Nağıyev üçün 90 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2020-07-13 09:00

Futbol üzrə Moldova çempionatında 3-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən komanda doğma meydanda “Buyukani” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.


Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.


Üç turdan sonra 6 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB