TOP 10

Premyer Liqamızın iştirakçıları arasında Canni de Byazinin rəhbərliyi altında oynamış yeganə futbolçu: "Azərbaycan millisinə faydası dəyəcək"

Futbol
Tarix: 2020-07-12 19:00

"Qarabağ"ın ispaniyalı legioneri Xayme Romeronun Azərbaycan milli komandasının yeni baş məşqçisi olacaq Canni de Byaziylə yolları kəsişib. Sport24.az xəbər verir ki, 30 yaşlı cinah yarımmüdafəçi hazırda Premyer Liqamızda çıxış edən futbolçular arasında bu təcrübəli italiyalı mütəxəssisin rəhbərliyi altıda çıxış etmiş yeganə oyunçudu.

 

Romero saytımıza açıqlamasında de Byazi haqda qısa fikirlərini bölüşüb: "Bəli, onun rəhbərliyi altında oynamışam. Bu, 2009/10 mövsümündə "Udineze"də olub. Həmin vaxt gənc idim, 19 yaşım vardı və İtaliya klubuna keçdim. Artıq uzun müddət keçib həmin vaxtdan. Canni de Byazini həm yaxşı məşqçi, həm də yaxşı insan kimi xatırlayıram. Onunla bir neçə ay birgə çalışdım. Düşünürəm ki, bu italiyalı mütəxəssisin Azərbaycan milli komandasına faydası dəyəcək".

 

Xatırladaq ki, Xayme 2009-2016-cı illərdə "Udineze"nin futbolçusu olsa da, yalnız ilk mövsümdə heyətində çıxış edərək cəmi 4 oyun keçirib və sonralar bir neçə kluba icarəyə verilib. 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB