TOP 10

"Sabah"da Qomesin köməkçiləri məlumdu - kluba yeni idman direktoru təyin olundu

Futbol
Tarix: 2020-07-12 17:13

"Sabah"ın ispaniyalı yeni baş məşqçisi Visente Qomesin özüylə gətirəcəyi köməkçilər müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qomesin həmyerlisi Xesus Pinedo fiziki hazırlıq üzrə məşqçi olacaq. Məşqçilik karyerasına Bilbao “Atletik”inin akademiyasında başlamış Pinedo isə bu günə kimi Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığma komandalarında fəaliyyət göstərib.

 

Ukraynalı Qleb Platov isə baş məşqçinin köməkçisi olacaq. Bu yerdə bildirək ki, Qomesin son iş yeri bu ölkədə Donetsk "Olimpik"i olub. Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi çalışıb.

 

"Sabah"ın yerli məşqçilərindən biri isə klubda başqa vəzifədə çalışacaq. Belə ki, Ramin Quliyev idman direktoru təyin olunub. Bunadək həmin postda Emin Abbasov çalışırdı. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” klublarında çıxış etmiş Quliyev, Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabr ayından “Sabah”da məşqçi kimi çalışırdı.

 

Xatırladaq ki, Qomeslə 2 illik müqavilə imzalanıb. 

 

В Сабахе новые тренеры - испанец и украинец. Рамин Гулиев стал спортивным директором

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB