TOP 10

"Sumqayıt"da daha bir ayrılıq - yeni klubla müqavilə imzaladı

Futbol
Tarix: 2020-07-12 17:00

Sertan Taşkın klubunu dəyişib. Sport24.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Zirə" ilə müqavilə imzalayıb.


Müqavilənin müddəti 2 ildir. Taşkının son klubu Avropa Liqasında iştirak etmək hüququ qazanan "Sumqayıt" idi. O, U-21 də daxil olmaqla aşağı yaş qruplarından ibarət yığmalarımızda çıxış edib. 


Qeyd edək ki, "Zirə" bundan əvvəl Kərim Diniyev, Tural Bayramlı və Rəşad Eyubovla müqavilə imzalayıb. "Sumqayıt"a gəlincə, bu, "kimyaçılar"ın düşərgəsindən ayrılan beşinci oyunçudur. Elvin Cəfərquliyev icarə müqaviləsi bitikdən sonra "Qarabağ"a qayıdıb. "Sumqayıt" iranlı hcüumçu Mehdi Şərifiylə müqaviləsini pozubsa, Şəhriyar Əliyev və Aleksey İsayev sumqayıtlılarla başa çatan müqavilələri özləri uzatmaq istəməyərək müfafiq olaraq "Keşlə" və "Sabah"a keçiblər. 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB