TOP 10

"Qarabağ"ın Avroliqadakı matçının hakimi şübhə altında

Futbol
Tarix: 2020-07-12 15:32

Rusiyalı sabiq futbol hakimi Pavla Stipidi totalizatorla bağlı fırıldaqlarda şübhəli bilinir. Sport24.az xəbər verir ki, bu barədə “Metaratings” portalı məlumat yayıb.

 

Stipidi, beynəlxalq oyunlar zamanı sarı vərəqələrin sayına pul qoyuluşlarında ittiham edilir. Özü də onun bu işdə tək olmadığı və həmyerlisi, hazırda da FİFA referisi kimi fəaliyyətini davam etdirən Sergey Lapoçkinlə birlikdə iş gördükləri iddia olunur. Onun ə bu işdə olduğu təsdiqlənsə, ömürlük futboldan uzaqlaşdırılacaq.

 

Xatırladaq ki, Lapoçkin “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə Bakıda qarşılaşdığı matçda dördüncü hakim funksiyasını yerinə yetirib. İki il öncə isə Millətlər Liqasının Farer adaları ilə səfər matında əlavə köməkçi hakim kimi meydana çıxıb.
 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB