TOP 10

"Napoli"nin sabiq hücumçusu millimizdə işləyəcəyini təsdiqlədi: "Bu, bizim üçün bir fürsətdi"

Futbol
Tarix: 2020-07-12 11:14

İtaliyalı mütəxəssis Klaudio Belluççi Azərbaycan milli komandasında baş məşqçi təyin olunacağı gözlənilən Canni de Byazinin köməkçisi olacağını təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə Belluççi “Sky Sports”a açıqlamasında deyib.

 

45 yaşlı məşqçinin sözlərinə görə, son bir neçə saatda başlayan danışıqlar artıq uğurla başa çatıb:“Onsuz da de Byazi ilə bir il işləmişəm, indi hərəkətə keçmək və iş vaxtıdır. Bu, bizim üçün bir fürsətdir”.

 

Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı gözlənilən Canni de Byazinin digər köməkçiləri Benni Karbone və Arif Əsədov olacaq.

 

Qeyd edək ki, "Napoli"nin sabiq hücumçusu olmuş Beluççi son dəfə məşqçi kimi 2018/19 mövsümündə "Albissolo" klubunda çalışıb. 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB