TOP 10

Messidən yeni rekord

Dünya Futbolu
Tarix: 2020-07-12 10:00

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, argentinalı futbolçu sözügedən çempionatda bir mövsüm ərzində 20-dən çox qola və məhsuldar ötürməyə imza atıb.
 

O, buna La Liqanın 36-cı turu çərçivəsində qarşılaşdıqları “Valyadolid”lə oyunda komandasının vurduğu yeganə qolun ötürməsini verməklə nail olub.


Hazırda Messinin hesabında 22 qol, 20 məhsuldar ötürmə var.


21-ci əsrdə Avropanın beş aparıcı çempionatı arasında belə bir rekorda 2002/03 mövsümündə Tyerri Anri imza ata bilmişdi. O, London “Arsenal”ının heyətində 24 qola imza atmış, 20 məhsuldar ötürmə müəllifi olmuşdu.

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB