TOP 10

Kurtua “Real”ın rekordunu yenilədi

Dünya Futbolu
Tarix: 2020-07-11 23:33

“Real” İspaniya La Liqasının 34-cü turunda “Alaves”ə 2:0 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua bu oyunda da qapısını toxunulmaz saxlamağı bacarıb. 
 

Belçikalı qolkiper, bununla da, klub tarixinin rekordunu yeniləyib. Ardıcıl 5 oyunda qol buraxmayan Kurtua, cari mövsümdə ümumilikdə 18 matçdır ki, qapısında top görmür. Bu nəticə ilə o, 1987/88-ci il mövsümündə 18 oyunda qol buraxmayan Fransisko Buyonun 18 matçlıq rekordunu yeniləyib.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB