TOP 10

“Traktor” səfərdən 1 xalla döndü

Dünya Futbolu
Tarix: 2020-07-11 23:00

Futbol üzrə İran çempionatında 24-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.


Sözügedən komanda səfərdə “İstiqlal” ilə qarşılaşıb. Cənubi Azərbaycan nəhəngi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.


Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Persepolis”lə ev oyunundan məğlub ayrılıb - 0:1.


“Traktor” hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 11-ci pillədə qərarlaşıb.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB