TOP 10

İsveçrə klubu karantinə alındı

Dünya Futbolu
Tarix: 2020-07-11 20:30

İsveçrənin “Sürix” klubunun kollektivi koronavirus pandemiyası ilə əlaqədar karantinə alınıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Xəbərdə futbolçu və məşqçi heyətinin, eləcə də klubun digər bütün işçilərinin karantinə alındığı diqqətə çatdırılıb. Buna klubun kollektivindən bir neçə gün öncə götürülən koronavirus testlərinin bəzisinin müsbət nəticə verməsi səbəb olub. Bu üzdən “Sürix”in üzvləri təcrid olunub. Koronavirus yoluxan şəxslərin sayı və adları açıqlanmayıb.


Klubun İsveçrə çempionatında "Sion" (11 iyul) və "Bazel"lə (14 iyul) oyunlarının təxirə salındığı bildirilib.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB