TOP 10

7 il sonra "Sabah"la reallaşan - Qomes üçün Azərbaycanda stimul

Futbol
Tarix: 2020-07-11 18:00

Bakının “Sabah” klubunun baş məşqçi postuna gətirdiyi Visente Qomes Azərbaycanda Premyer Liqasında çalışan 3-cü ispaniyalı mütəxəssis olacaq. Sport24.az xəbər verir ki, indiyədək bu ölkədən olan iki çalışdırıcı klublarımıza rəhbərlik edib.

 

Maraqlıdır ki, onların hər ikisi Premyer Liqamızda 2012/13 mövsümündə işləyib. Söhbət Karles Bakeslə Luis Araqondan gedir. Mövsümün gedişində “Xəzər Lənkəran”a gələn Bakes cəmi 10 turdan sonra postundan kənarlaşdırılıb. Bu, XXI turda "Qəbələ"yə səfərdə 0:2-dən sonra reallaşdırılıb. 

 

Premyer Liqamızda debüt edən ikinci ispaniyalı Luis Araqon isə əslində, Azərbaycanın bu ölkədə ilk məşqçi təmsilçisidi. Belə ki, “Qəbələ”nin 2012-ci ilin yayında əvəzedicilərə gətirdiyi və uzun müddət burada çalışan, həmin kollektivlər arasında çempionatın mükafatçısı olan bu ispaniyalı mütəxəssis 2012/13 mövsümünün sonunda əsas komandayla da çalışıb. Bu, 2012/13 mövsümünün "altılığ"ında olub ki, boş qalan baş məşqçi postunu 8 turluq tutan Araqon burada mövsümü bitirəndən sonra daha iki il əvəzediciləri çalışdırıb. Onun Premyer Liqada son matçı "İnter"ə (hazırkı "Keşlə"yə) səfərdə 0:1 hesablı məğlubiyyət olub və "Qəbələ" həmin çempionatı 5-ci yerdə bitirib. 

 

Maraqlıdı ki, hər iki ispan öz postlarını tanınmış mütəxəssislərə təhvil veriblər. Belə ki, "Xəzər Lənkəran" Bakesdən sonra məşhur Con Toşakı, "Qəbələ" isə Araqondan sonra rusiyalı Yuri Syomini gətirib. Düzdür, pnlar da bu klublarda az, uzağı 1 il duruş gətiriblər. Toşak nəticə qazana bilməyibsə, Syomin "Qəbələ"nin tarixiniə "het-trik"lə düşüb - Premyer Liqada ilk medal (bürünc), Azərbaycan Kubokunun finalında və avrokuboklarda ilk iştirak.  

 

Göründüyü kimi, ispan baş məşqçilər klublarımızda az qərar tutublar. Bununla da "Sabah"la 2 illik müqavilə imzalayan Qomes ən azı həmyerliləri arasında oyun sayında rekordçu olmaq stimula malikdi və bu, çətin missiya deyil. O, yeni klubunun tarixində 2-ci əcnəbi, ümumilikdə 3-cü baş məşqçi olacaq. Məlumdur ki, ilk əcnəbi Qomesin əvəzlədiyi xorvatiyalı Jelko Sopiçdu. İlk yerli baş məşqçi isə Premyer Liqada onunla yola çıxılan Elşad Əhmədovdu.

 

Onu da bildirək ki, Premyer Liqa təmsilçilərimizdə indiyədək ispan məşqçilər az olmayıb və bunlar daha çox fiziki hazırlıq üzrə işləyənlərdi. Elə ikisi hazırda da iş başındadı. Bunlar "Neftçi"də Mario Fernandeş Kastelyano və "Sumqayıt"da Eduardo Baladadı. 

 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB