TOP 10

"Neftçi" Darionun gedişinə aydınlıq gətirdi: "Ona belə zəmənəti verə bilməzdik"

Futbol
Tarix: 2020-07-11 16:10

Dünən "Neftçi" braziliyalı yarımmüdafiəçi Dario Frederiko ilə müqaviləsinin ləğv olunduğunu açıqladı. Futbolçunun hələ 1 illik müqaviləsi var idi, amma tərəflər vidalaşmaq qərarına gəldilər. Maraqlıdır ki, "neftçilər" artıq bir dəfə 29 yaşlı vingerlə müqaviləyə xitam vermişdi. Onda paytaxt təmsilçisi Frederikonu Cənubi Koreyanın "Teqi" klubuna satmaqla bu sövdələşmədən qazanmışdı. "Sambaçı"nın budəfəki ayrılığı klubun qazancı yox, tərəflərin yaxın gələcəyə baxışları ilə əlaqədardı.

 

"Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev müqavilənin ləğvinə aydınlıq gətirib: "Darioyla müqavilə qarşılıqlı razılaşma ilə xitam verildi. Braziliyalı oyunçu start heyətinə daim yer almaq zəmanətinə sahib olmaq istəyirdi. "Neftçi" isə belə zəmanəti təkcə ona deyil, istənilən oyunçuya belə verə bilməz. Rəhbərlik, məşqçi heyəti yarımmüdafiəçinin daimi oyun təcrübəsi istəməsini anyayışla yanaşdı. Yuxarıda dediyim kimi, heç kim ona belə zəmanət verə bilməz. Buna görə məşqçilər heyəti ilə müzakirələrdən sonra müqavilənin ləğvinə razılıq verildi. Kompensasiya? Xeyr, oyunçuya heç bir təzminat verilməyib. Heç kim heç kimə bir şey ödəmədi. Tərəflər qarşılıqlı iddialar olmadan müqavilənin ləğvinə razı oldular".

 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB