TOP 10

Canni De Byazinin daha iki köməkçisi məlum oldu

Futbol
Tarix: 2020-07-11 14:48

Azərbaycan millisinin yeni baş məşqçisi olacaq Canni de Byazinin daha iki köməkçisi məlum olub. Sport24.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssisin köməkçisi olacaq həmyerliləri - Benni Karbone və Klaudio Beluççini millimizə gətirəcək. 

 

Karbone son olaraq 2017/18 mövsümündə "Krotone"də köməkçi məşqçi olub. Beluççini isə son dəfə 2018/19 mövsümündə "Albissolo" klubunda çalışıb. Onlar "Napoli"nin sabiq futbolçularıdı. 

 

Xatırladaq ki, AFFA İcraiyyə Kimtəsinin qərarıyla Arif Əsədov yenidən millimizin məşqçisi təyin olunub. 

 

Canni De Byazinin digər köməkçisi Arif Əsədovdur. Albaniya millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqollinin də məşqçilər korpusunda yer alacağı barədə xəbərlər yayılıb.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB