TOP 10

"Zirə"nin yola saldığı legioner Peru və Azərbaycan futbolunu müqayisə etdi: "Orda oyunun fasiləsində ibadət etmək adəti var və bu cür şeylərə hörmətlə yanaşmalısan"

Futbol
Tarix: 2020-07-11 14:00

"Yaxın günlərdə Peruya qayıdacam. Amma hədəfim Avropada qalmaq və karyeramı burada hansısa liqa davam etdirməkdir. Hər şeyi vətənimdə sakit şəkildə təhlil edəcəm". Sport24.az xəbər verir ki, bu fikriləri mövsümün sonunda "Zirə" ilə icarə müqaviləsi başa çatan perulu futbolçu Alvaro Ampuero öz ölkəsinin mətbuatına açıqlamasında deyib.

 

Müqavilə ilə "Deportivo Minisipial" klubuna məxsus olan 28 yaşlı müdafiəçi Azərbaycan və Peru futbolunu müqayisə edib: "Bizdə texnikalı, Azərbaycanda isə güc və sürət futboluna üstünlük verilir. "Zirə"də sol cinahda çıxış edirdim. Amma mərkəz müdafiəçisi kimi də oynamışam. Komanda hərdən 3-5-2 taktiki sxemi ilə meydana çıxırdı. Bu, məndə alınırdı. Hər zaman baş məşqçinin istifdə etdiyi sistemə uyğun gəlirdim".

 

Ampuero Azərbaycandakı adət-ənənələrdən də söz açıb: "Xüsusilə də dini mövzu tamam fərqlidir. Məsələn, onların oyunun fasiləsində ibadət etmək adəti var. Sən də bu cür şeylərə hörmətlə yanaşmalısan. Yeməkləri necədir? Pis qidalanmıram, amma Peru yeməkləri üçün darıxıram".

 

Qeyd edək ki, Ampuero "Zirə"yə ötən yay keçmişdi.

 
CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB