TOP 10

Arif Əsədov millimizin keçən illə müqayisədə daha yaxşı olacağını hesab edir: "Azərbaycan Canni de Byaziyə ikinci dəfə məşhurlaşmaq şansı verə bilər"

Futbol
Tarix: 2020-07-11 13:24

Dünən bu vəzifəyə təsdiqlənən Azərbaycan millisinin baş məşqçisi Arif Əsədov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
 

- Sizcə, Canni de Byazi Azərbaycan futboluna nə verəcək və italiyalıya futbolumuz nə verəcək?
- Artıq bir neçə aydır ki, ölkədə futbolsuz qalmışıq. Əlbəttə ki, çətin vəziyyətdəyik. Buna baxmayaraq, ilk növbədə de Byazinin təcrübəsini qeyd etmək istəyirəm. Albaniya millisindəki italiyalıların işini xüsusilə qeyd etmək istəyirəm. Ümid edirəm ki, bu, milli komandamıza özünəinamı bərpa etməyə kömək edəcək, habelə, yığmaya mənəvi ruh gətirəcək. Bu mütəxəssis psixoloji planda böyük üstünlüyə malikdi. De Byazi komandanı elə qura bilər ki, oyunçular öz güclərinə inanarlar. Albaniya millisinin Avropa çempionatının final mərhələsinə çıxmağı çox şeydən xəbər verir. Sualın ikinci hissəsinə gəlincə, düşünürəm ki, Azərbaycan güclü olmayan futbol ölkəsi kimi böyük bir turnirin final mərhələsinə çıxmaqqla ona ikinci dəfə məşhurlaşmaq şansı verə bilər. De Byazi bunu bacarsa, nüfuzu xeyli artacaq. Daha bir nüansa toxunmalıyam. Gəldiyin qısa müddətdə böyük nəticələr əldə etmək çox çətindi. Həmin Albaniyada de Byazi bu uğura 5 il getdi.

 

- İtaliyalı ilə danışmağa imkan tapmısınız?
- Xeyr, əlaqə saxlamamışıq. Mətbuatda de Byazinin Bakıda olduğunu oxudum, amma düşünürəm ki, o, hələ burada deyil. Bundan əlavə, hələ də onunla müqavilə bağlanmayıb. AFFA İcraiyyə Komitəsi de Byazinin danışıqların davam etdirilməsinə qərar verib. Tərəflər ortaq məxrəcə gəlsələr, 64 yaşlı mütəxəssislə müqavilə bağlanacaq. Yalnız bütün detallar razılaşdırıldıqdan sonra de Byazi Azərbaycana gələ bilər. Bundan sonra görüşüb milli komandanın planlarını müzakirə edəcəyik. Ancaq bu mərhələdə italiyalı mütəxəssislə ünsiyyət qurmadıq.

 

- Koronavirus pandemiyası futbolumuzu dalana apardı. Ən azından bu vəziyyətdən çıxmağa kömək edə biləcək alternativ bir yol varmı?
- Yalnız Avropa yarışlarında iştirak edəcəklərin deyil, bütün klubların məşqləri bərpa etməyə icazə verməsi vacibdi. Bu, bütün komandaların çempionata başlamağa hazır olması üçün lazımdı. Əlbəttə, çempionatı bərpa etməliyik ki, milli üzvləri yenidən topu hiss etsinlər. Başqa sözlə, millinin məşqçilər heyəti onların vəziyyəti barədə məlumat əldə etmək üçün ölkənin əsas komandasına namizədlərin oyununu izləməyi bacarmalıdı. Həmçinin qrupdakı rəqiblərin zəif və güclü tərəfləri barədə bir təsəvvürə sahib olmaq üçün onları diqqətlə öyrənməliyik. Önümüzdəki aylarda iş planımız bu cəhətlərdən ibarət olacaq. Amma bütün bunları baş məşqçi təyin olunandan və Azərbaycana gəldikdən sonra başlayacağıq. Futbolçu milliyə klublardan gəlir. Milli komandanın məşqçilər korpusunun uzunmüddətli toplanışa vaxtı yoxdu. Buna uyğun olaraq futbolçuları fiziki planda irəli aparmaq mümkün görünmür. Ölkənin əsas komandasının təlim-məşq toplanışında məşqçilər korpusuna 5-7 gün ayrılır. Bu qısa müddət ərzində yığmada milli ruhu, öz gücünə inamı və psixoloji komponenti qaldıra bilər. Yeni baş məşqçi hansı fəlsəfəni təbliğ edəcək, deyə bilmərəm. Bunu zaman göstərəcək.

 

- İndi elə bir dövrdür ki, hər hansı bir məşqçi yetirmələri daim ixtiyarında görmək istəyir. Avrokuboklar avqustda, Millətlər Liqası oyunları sentyabrda başlayacaq. Klub məşqçiləri ilə milli komanda məşqçisi arasında maraq toqquşması baş verə bilməz?
- Çox çətin sualdı. Məsələn, Berti Foqts 10 günlük təlim-məşq toplanış tələb edirdi. Milli komandanın yeni baş məşqçisinin hansı tələbləri irəli sürəcəyini, AFFA-nın ona hansı şərait təqdim edəcəyini bilmirəm. Vaxtından qabağa getməyək. Amma etiraf edirəm, sual aktualdı.
 

- Fikiriniz maraqlıdır: milliyə çağırılacaq oyunçuları müəyyənləşdirərkən keçmiş nailiyyətlərə güvənməli olacaqsınız, yoxsa oyunçuların post-pandemik vəziyyətindəki durumuna əsasən?
- Sırf şəxsi fikrim belədir ki, milli komandada həmin vaxt üçün ən yaxşı olan oyunçular çağırılmalıdı. Bəli, istənilən milliyə komandada nüfuzu olan təcrübəli liderlər lazımdı. Bu, ümumi atmosfer üçün gərəkdi. Ancaq əsas prinsip budur ki, ölkənin əsas komandasında ən yaxşı hazır vəziyyətdə olanlar yer almalıdı. Bax, indi təlim-məşq toplanışı üçün 10 gün vaxt verilsə, fiziki planda çatışmazlıqları olanları cəlb etmək olardı. Bu 10 gün ərzində həmin planda yaxşı nəticəyə əldə etmək mümkündü. Ancaq toplanışlar qısamüddətlidirsə, məşqçilərin belə rahatlıq üçün vaxtı yoxdu.
 

- Son sual. Azərbaycan yığma komandası Millətlər Liqasında öz qrupunda nəyə ümid edə bilər?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Təxminən 3-4 ay əvvəl, rəqiblərimizin üçü kimi qrupda birinci olmağa iddiamızı irəli sürə bilərdik. Elə indi də vəzifələrin dəyişdirilməsini istəmirəm. Əlbəttə, artıq danışdığımız nüanslar var. Buna baxmayaraq, milli hər oyuna qalib gəlmək üçün çıxmalıdı. Hansı nəticələr əldə ediləcəyini zaman göstərəcək. Məşqçilər heyəti qarşısında hansı vəzifələrin qoyulacağını bir az sonra biləcəyik. Şəxsən mən milli komandanın vəziyyətinə nikbin baxıram. Fikrim belədi ki, milli komanda keçən illə müqayisədə daha yaxşı olacaq. Komanda, futbolçular üzərində təzyiq olmaması çox vacibdi. Nəticə təzyiq etməsə, oyunçular özlərini rahat və inamlı hiss edəcəklər.

 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB