TOP 10

"Sabah"da yeni məşqçilər

Futbol
Tarix: 2020-07-11 11:47

"Sabah"ın ispaniyalı yeni baş məşqçisi Visente Qomes özüylə iki köməkçi gətirəcək. Sport24.az xəbər verir ki, bunlardan biri əsas köməkçisi olacaq həmyerlisi, digəri isə fiziki hazırlıq üzrə ukraynalı məşqçi olacaq.

 

Qomesin məhz bu ölkədən məşqçi gətirməsi isə təsadüfi deyil. Çünki onun son iş yeri Ukraynada Donetsk "Olimpik"i olub. 

 

Bakı klubunun məşqçilər korpusunda yerli mütəxəssislərin isə işlərini davam etdirməsi nəzərdə tutulub. Bunlar "Pro" kateqoriyası malik Ramin Quliyev, Aleksandr Qross və qapıçılarla işləyən Vitali Kovalyovdu. 

 

Xatırladaq ki, "Sabah" 1 illik müqaviləsini pozaraq yollarını ayırdığı xorvatiyalı baş məşqçi Jelko Sopiçlə yanaşı, onun həmyerliləri olan iki köməkçini göndərdi.  

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB