TOP 10

Canni de Byazi millimizə sürpriz məşqçi gətirir - Azərbaycan üçün çox tanış sima

Futbol
Tarix: 2020-07-11 10:14

Azərbaycan milli komandasının yeni baş məşqçi təyin ediləcəyi gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib. Sport24.az xəbər verir ki, İtaliya və Albaniya mətbuatında 64 yaşlı itaaliyalı mütəxəssisin Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirəcəyi iddia edilir. 

 

Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir. Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

 

Qeyd edək ki, 2012-19-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb. 

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB