TOP 10

Super Liqa klubunda qalmaqallı ayrılıq

Dünya Futbolu
Tarix: 2020-07-11 12:00

Türkiyənin “Dənizlispor” klubunun müdafiəçisi Syam Ben Yussef Super Liqa təmsilçisindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Xəbərdə 31 yaşlı futbolçunun bu qərarı birtərəfli qaydada qəbul etdiyi diqqətə çatdırılıb.


Tunisli müdafiəçi müqavilə müddətinin başa çatdığını əsas gətirərək klubdan ayrılıb. “Dənizlispor” isə FİFA-nın “mövsümün sonuna qədər olan müqavilələrin çempionat tam yekunlaşana qədər keçərli sayılacağı” barədə qərara məhəl qoymayan futbolçudan şikayət etməyə hazırlaşır.


Qeyd edək ki, Ben Yussef bu ilin əvvəlində “Kasımpaşa”dan “Dənizlispor”a transfer olunmuşdu.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB