TOP 10

“Real”ın futbolçusu üçün mövsüm erkən bitdi

Dünya Futbolu
Tarix: 2020-07-11 11:00

Madrid “Real”ı ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, paytaxt klubunun aparıcı futbolçusu Marselo zədələnib.


Bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb. Əzələsində problem olan 32 yaşlı müdafiəçinin bərpa müddəti isə açıqlanmayıb.


İspaniya mətbuatının yazdığına görə, Marselo La Liqada mövsümün qalan hissəsini buraxacaq. Onun bərpa müddətinin azı 3 həftə çəkəcəyi iddia olunur. Braziliyalı futbolçunun Çempionlar Liqasının oyunlarına qədər sıraya dönəcəyi də bildirilir.


Qeyd edək ki, Marselo bu mövsüm 23 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB