TOP 10

Türkiyə millisinin forvardı Fransada klubunu dəyişdi

Dünya Futbolu
Tarix: 2020-07-11 12:30

Fransanın “Renn” klubunun və Türkiyənin gənclərdən ibarət yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib. Sport24.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti mövsümü Liqa 2-də mübarizə aparan “Valensyenn” klubunda keçirəcək.
 

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.


PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxmış, hətta qol da vurmuşdu. Ötən yay isə o, “Renn”ə transfer olmuşdu.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB