TOP 10

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Dünya Futbolu
Tarix: 2020-07-11 09:00

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. Sport24.az xəbər verir ki, 2020/21 mövsümündə ilk turun matçları 18-21 sentyabrda baş tutacaq. 
 

Bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb. Qurum yeni mövsümün 11-14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb.


Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi ikinci Bundesliqada da ilk tur 18-21 sentyabrda olacaq. 


Bundesliqada 2020-ci ilin son turu 18-21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək.


Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq.


Qeyd edək ki, Bundesliqada 2019/20 mövsümünün qalibi "Bavariya" olub.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB