TOP 10

Premyer Liqamızda yeni mövsümün başlama vaxtı bilindi

Futbol
Tarix: 2020-07-10 18:10

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün başlama vaxtı müəyyənləşib. Bu barədə Sport24.az-a AFFA İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov məlumat verib. 

 

Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib: "İnşallah, yeni çempionatımız avqustun ortasında başlayacaq. Bu məsələ müzakirə olunaraq belə qərara gəlindi. Koronavirus pandemiyasına görə klubların hazırda Azərbaycandan kənarda olan legionerləri - məşqçiləri və futbolçuları geri qayıtmalıdı. Buna görə tarixin avqustun ortasında olması daha məqsədəuyğun sayıldı. Klublarımız avrokuboklarda və milli komandamız Millətlər Liqasında çıxışlarına başlayanadək yeni çempionatın startı nəzərdə tutulub".

 

Avrokuboklardakı təmsilçilərimiz üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazə artıq alınıb. 

 

Xatrıaladaq ki, son mövsüm iyunun 18-də məhz İK-nın qərarıyla koronavirus pandemiyasına yarımçıq dayandırıldı. 

 

CBCsport
03 Avqust 2020
02 Avqust 2020
B.eÇ.aÇC.aCŞB