TOP 10

Millimizin rəqibinin baş məşqçisi: "Azərbaycan, Kipr və Lüksemburqun da yer aldığı qrupda yüksək yer uğrunda mübarizə aparmaq istəyirik"

Futbol
Tarix: 2020-07-10 12:24

Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç UEFA Millətlər Liqasından öncə yoxlama görüşləri keçirəcəklərini açıqlayıb. Sport24.az xəbər verir ki, 62 yaşlı bosniyalı mütəxəssis Qazaxıstan və Latviya ilə sınaq matçlarını onlara faydalı olacağını bildirib: "Avqustun sonunda çətin oyunlar üçün siyahımı açıqlayacam. Koronavirusa görə hədəfimiz dəyişməyib. Azərbaycan, Kipr və Lüksemburqun da yer aldığı qrupda yüksək yer uğrunda mübarizə aparmaq istəyirik. Buna görə də Latviya və Qazaxıstanla oyunlar bizə çox şey verəcək. Əsas istəyimiz millidə yenidən xoş ab-hava yaratmaqdır".

 

Xatırladaq ki, Monteneqro oktyabrın 10-u Azərbaycan millisini qəbul edəcək. Qrupda cavab oyunu noyabrın 14-ü Bakıda keçiriləcək.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB