TOP 10

Danimarkada çempion bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-07-10 11:00

Futbol üzrə Danimarka çempionatının 2019/20 mövsümünün qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, çempionatın 32-ci turunda lider "Midtyulland" əsas izləyicisi "Kopenhagen"i qəbul edib.

Rəqibini 3:1 hesabıyla məğlub edən meydan sahibləri xal ehtiyatını 78-ə çatdırmaqla izləyiciləri üçün əlçatmaza çevrilib.


Bu qələbə sayəsində "Midtyulland" vaxtından əvvəl Danimarka çempionu titulunu qazanıb. Bu artıq komandanın ölkə çempionatında üçüncü qələbəsidir. Sözügedən kollektiv daha öncə 2014/15 və 2017/18 mövsümlərində belə uğur qazanmışdı.

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB