TOP 10

Klublarımızın avrokubok oyunları azarkeşsiz keçiriləcək

Futbol
Tarix: 2020-07-10 10:12

2020/21 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin son iclasında qəbul olunub.

 

Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək UEFA bayrağı altında təşkil olunmuş matçlara tamaşaçıların buraxılmaması məqsədəuyğun sayılıb.  Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq.

 

Qeyd edək ki, yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB