TOP 10

Avropa Liqasında 1/4 final və yarımfinal cütlükləri müəyyənləşdi

Dünya Futbolu
Tarix: 2020-07-10 15:40

Bu gün UEFA Avropa Liqasında 2019/20 mövsümünün 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Sport24.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsinin cavab oyunları keçirilmədiyindən komandalar püşkatmaya cütlüklər şəklində qatılıblar.

 

1/4 final

1. “Volfsburq” (Almaniya) / “Şaxtyor” (Ukrayna) cütünün qalibi - “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) cütünün qalibi

2. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) cütünün qalibi - "Başakşəhər" (Türkiyə) / "Kopenhagen" (Danimarka) cütünün qalibi

3. “İnter” (İtaliya) / “Xetafe” (İspaniya) cütünün qalibi - “Reyncers” (Şotlandiya) / “Bayer” (Almaniya) cütünün qalibi

4. “Olimpiakos” (Yunanıstan) / “Vulverhempton” (İngiltərə) cütünün qalibi - “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütünün qalibi

Yarımfinal

4 cütünün qalibi - 2 cütünün qalibi

3 cütünün qalibi - 1 cütünün qalibi

Qeyd edək ki, 1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Almaniyanın Köln şəhərində olacaq.

 

1/8 finalın ilk 6 oyunu

“Aytnraxt” (Franfurt, Almaniya) – “Bazel” (İsveçrə) - 0: 3

 

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 1: 2

 

“Başakşehir” (Türkiyə) – “Kopenhagen” (Danimarka) - 1:0

 

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)  - 0:5

 

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) - 1: 1

“Reyncers” (Şotıamdiya) – “Bayer” (Almaniya) - 1:3

CBCsport
08 Avqust 2020
07 Avqust 2020
B.eÇ.aÇC.aCŞB